Birincilikdə yarimfinal oyunları keçirilib
- 20:35
- 42
Bu gün 18 yaşadək (U-18) qızlar və oğlanlar arasında voleybol üzrə Azərbaycan birinciliyinin yarımfinal oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, qarşılaşmalar AVF-nin idman zalında təşkil olunub.
Qızların yarışında ilk yarımfinal qarşılaşmasında “Lokomotiv” komandası “Oğuz RVK” ilə üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Lokomotiv” finala vəsiqə qazanıb. Digər yarımfinal matçında isə “Milli Aviasiya Akademiyası” komandası “Möminə Xatun” üzərində 3:1 hesablı qələbə qazanaraq finala yüksəlib.
Beləliklə, sabah keçiriləcək üçüncü yer uğrunda oyunda “Möminə Xatun” və “Oğuz RVK”, final görüşündə isə “Lokomotiv” və “Milli Aviasiya Akademiyası” komandaları qarşılaşacaqlar.
Günün ikinci yarısında oğlanlar arasında yarımfinal oyunları baş tutub. İlk yarımfinal qarşılaşmasında “ORDU” komandası “Murov Az Terminal” üzərində 3:2 hesablı qələbə qazanaraq finala yüksəlib. Digər yarımfinal matçında isə “Şərqi Zəngəzur RVK” komandası “Bakı RVK”nı 3:1 hesabı ilə məğlub edərək finala vəsiqə əldə edib.
Beləliklə, oğlanların yarışında üçüncü yer uğrunda oyunda “Bakı RVK” və “Murov Az Terminal”, final qarşılaşmasında isə “ORDU” və “Şərqi Zəngəzur RVK” komandaları üz-üzə gələcəklər.
Sabah keçiriləcək üçüncü yer uğrunda və final görüşləri GİN-in Voleybol Mərkəzində təşkil olunacaq. Oyunlardan sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Yarımfinal oyunlarının nəticələri
4 aprel 2026
U-18 (qızlar)
“Lokomotiv – “Oğuz RVK” 3:0 (25:5, 25:15, 25:16)
“Milli Aviasiya Akademiyası” - “Möminə Xatun” 3:1 (28:30, 26:24, 25:21, 25:16)
U-18 (oğlanlar)
“Murov Az Terminal” - “ORDU” 2:3 (25:21, 21:25, 25:20, 18:25, 13:15)
“Şərqi Zəngəzur RVK” – “Bakı RVK” 3:1 (22:25, 25:15, 25:21, 25:18)