
“Bir səhv oyunun taleyini həll etdi” – Sxadadze
- 13 Sen 2025 21:40
- 40
“Qəbələ” bu gün Premyer Liqanın 4-cü turunda “Turan Tovuz”la qarşılaşıb.
Rekord.az xəbər verir ki, “Azərsun Arena”da oynanılan matçdan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransı keçirilib.
Gürcü mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Oyun haqda çox şey deyə bilməyəcəm. Qısaca deyim ki, çox yaxşı oynadıq. Sadəcə, qol vəziyyətlərindən yararlana bilmədik. Çox gərəksiz qol buraxdıq. Rəhbərliklə də danışıqlarımız olur, bu səviyyəli oyunlar üçün heyəti gücləndirməliyik. Çünki bəzən oyunçunu dəyişmək lazım olur.
Komandam yaxşı çıxış etdi, yenə deyirəm, sadəcə, şansları dəyərləndirə bilmədik. Bir səhv oyunun taleyini həll etdi.
Bilirik ki, təqvim ağır idi. Amma istər-istəməz, buna uyğunlaşmalısan. Oyuna gəlincə, rəqib bizdə çox da üstün oynamadı. Sadəcə, yenə deyirəm, heyətimiz güclənməlidir. Komandada rəqabət olmalıdır. 11 nəfər oyunçu ilə davam etmək olmaz. Digər oyunlarda rəqiblər bizdən elə də ciddi üstünlüyə malik olmayıb”.