6 mart 2023-cü il tarixində Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş məktəbli qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, ilk öncə Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev yarış iştirakçılarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, bütün iştirakçılara uğurlar arzulayıb.

İdarə rəisi qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd gənclərin şahmat idman növünə olan marağını artırmaq və rayonda bu idman növünün kütləviliyini təmin etməkdir.

Yarışın sonunda Bağbanlar kənd tam orta məktəbin şagirdi Nərmin Sadıqzadə 1-ci yerə, Zəhmətabad kənd tam orta məktəbin şagirdi Mələk Mirzəyeva 2-ci yerə və Əsgərabad kənd tam orta məktəbin şagirdi Fidan Babayeva isə 3-cü yerə layiq görülüb.

 Qaliblər Biləsuvar Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edildilər.