
"Bəzən mənə sual verirlər ki, ”Lans” sənə lazım idi?"
- 06 Apr 2022 19:21
- 529
“Mən bu kluba 26 milyon avro vəsait yatıracaqdım”.
Rekord.az xəbər verir ki, məşhur azərbaycanlı iş adamı, "Bakı" futbol klubunun sabiq prezidenti Hafiz Məmmədov jurnalist Eynulla Fətullayevə müsahibəsində belə deyib.
O, “Lans”ı 1 avroya aldığını deyib. Sən demə, daha sonra İngiltərədən “Şeffild Unesdey”ə də sahib olmağa yaxın imiş:
“Mən “Lans”ı vətənpərvərlik hislərimə görə aldım. Heç bir çirkli pul yuyulmasından söhbət gedə bilməzdi. Elə hesab etdim ki, vətənim üçün lazımdır. Hər bir iş adamının öz həqiqəti var. Mən inanırdım ki, “Lans”ın Azərbaycan futboluna çox köməyi dəyəcək. Bir patriot kimi hərəkət etdim. Amma əsas problemlərim Fransa klubunu almağımdan sonra başladı. Beynəlxalq Bankın ovaxtkı sədri Cahangir Hacıyev və bəzi adamlar mənə qarşı birləşdi, ”banda” yaratdı. Məni sıxışdırmağa başladılar. Bəzən mənə sual verirlər ki, ”Lans” sənə lazım idi? ”Lans” Fransanın ən tanınmış və köklü klublarından biridir, onu almağımız Avropada böyük maraqla qarşılanmışdı. Fikirləşdim ki, futbolda da böyük işlər görmək mümkündür. Açığı, Azərbaycanda stadiona gələn insanların buradan gözəl hislərlə ayrılmasını istəyirdim”.