Beynəlxalq turnirdə üç medal
- 18:20
- 30
Azərbaycan bədii gimnastları Portuqaliyanın Portimao şəhərində keçirilmiş beynəlxalq turnirdə üç medal qazanıblar.
Bu barədə Rekord.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Gənclər arasında mübarizədə Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla ABŞ və İtaliyanı geridə qoyaraq qızıl medalın sahibi olublar.
Fərdi proqramda top ilə Azadə Atakişiyeva 25.500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu növdə Gövhər İbrahimova 25.900 xalla gümüş medal əldə edib.