Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Beyləqan Uşaq Gənclər Şahmat İdman Məktəbinin dəstəyi ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş kiçik yaşlı yeniyetmələr arasında şahmat idman növü üzrə rayon turniri keçirilmişdir.   

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, idmançıların yarış təcrübəsini artırmaq, həmçinin idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. 

Yekununda qalib idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.