
Beyl "Real"dan gedir: agenti açıqladı
- 07 Apr 2022 15:45
- 484
Qaret Beylin agenti Conatan Barnett futbolçunun yayda “Real”dan ayrılacağını təsdiqləyib.
Rekord.az xəbər verir ki, Barnett Beylin təmtəraqlı vidaya layiq olduğunu bildirib:
“Qaret azarkeşlərə heç nə sübut etmək məcburiyyətində deyil. Beyl ayrılanda möhtəşəm vidaya layiqdir,
Florentino Peres onu həmişə dəstəkləyib. O, jurnalistlərlə danışmaq əvəzinə, futbol oynamaq istəyən sakit bir oğlandır.
Onun nə qədər yaxşı olduğunu 20 ildən sonra anlayacaqlar. Beyl Madridi və “Real” çox sevir və onun haqqında pis danışanlar "parazitlər"dir”.