Avrokuboklar şansını davam etdirən "Sabah" paralel olaraq heyətdı yer alan vacib futbolçularla yeni müqavilə məsələlərini də həll etməklə məşğuldu.

Rekord.az xəbər verir ki, rəhbərlik baş məşqçi Murad Musayevin xidmətində maraqlı olduğu futbolçularla danışıqlara başlayıb.

Bu futbolçulardan biri də Bəxtiyar Həsənalızadədir. Musayevun növbəti mövsüm üçün heyətdə görmək istədiyi sumqayıtlı müdafiəçi ilə yeni müqavilə bağlanacaq.