Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Latviyaya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis Maltada baş tutan və 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna çox yaxşı başladıq. Yaxşı imkanımız oldu Təbii ki, bəxtimiz gətirmədi. Matçdan sonra futbolçulara da dedim ki, bu məğlubiyyətdən razı qala bilmərik. Bu gün əsl komanda gördük.

Rəqibin qol vurduğu epizoddan öncə qayda pozuntusu vardı. Lakin hakim bizim lehimizə qərar verməli olduğu halda, əksini etdi. Nəticədə künc zərbəsi oldu ki, bu da qolla nəticələndi.

Riçard Almeydanı alqışlamaq istəyirəm. Meydanda yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. İyunda daha vacib oyunlarımız var. Bizim üçün ehtiyat futbolçular lazım olacaq. Bu gün oynayan futbolçuların çoxu gələcəkdə əsas heyətdə yer alacaqlar”.