Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi Azərbaycan klublarından biri ilə xeyriyyə oyunu keçirmək istədiklərini təsdiqləyib.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbəri “Vodafone Park”da təşkil edilən mətbuat konfransında Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə kömək məqsədilə bir neçə layihələrinin olduğunu bildirib.

O, milli komandaların oyunları ilə əlaqədar martın sonlarında yaranacaq fasilə zamanı yoldaşlıq görüşü keçirəcəklərini istisna etməyib:

“Xeyriyyə matçı keçirmək üçün Almaniya və Azərbaycan klubları ilə danışıq aparırıq. Həmin fasilədə təşkil olunacaq xeyriyyə matçının gəlirinin zəlzələ bölgəsinə ianə edilməsi planlaşdırılır”.