
“Beşiktaş”ın bu komanda ilə xeyriyyə oyunu keçirəcəyi dəqiqləşdi
- 09 Apr 2023 13:00
- 367
Türkiyənin “Beşiktaş” komandası xeyriyyə oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, “qara qartallar” Madrid “Atletiko”su ilə qarşılaşacaq.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Oyun 12 apreldə “Vodafone Park”da keçiriləcək və saat 20:30-da başlayacaq.
Matçdan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
Xatırladaq ki, hazırda “Beşiktaş”ın “Sabah”la da belə bir xeyriyyə matçı keçirməsi barədə iki klub arasında danışıqlar gedir. Bu görüşün Azərbaycanda təşkil olunması nəzərdə tutulub.
Bir müddət əvvəl Türkiyənin “Qalatasaray” komandası da Bakıda “Qarabağ”la xeyriyyə oyununda (2:1) üz-üzə gəlmişdi.