Futbol üzrə Türkiyə milli komandasının hücumçusu Güven Yalçın “Beşiktaş”dan ayrılıb.

Rekord.az xəbər verir ki, 23 yaşlı futbolçu bundan sonra İtaliyanın “Cenoa” klubunun uğurları üçün çalışacaq.

Gənc forvard yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, İstanbul təmsilçisindən azad agent kimi ayrıldığı üçün, “Cenoa” “Beşiktaş”a təzminat ödəməyəcək.

Almaniyada dünayaya göz açan, “Bayer”in yetirməsi olan Güven Yalçın 2018-ci ildən “Beşiktaş”da çıxış edirdi. O, İstanbul təmsilçisində bütövlükdə 101 matça çıxıb, 20 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Futbolçu 2021-ci ildə İtaliyanın “Leççe” klubuna icarəyə də verilmişdi. 2019-cu ildən Türkiyə millisinə də dəvət alan Güven, yığmada cəmi 3 oyuna çıxıb.