Bu mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq futbolçular müəyyənləşib.

Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin idman direktoru Ceyhun Kazancı məlumat verib.

O, bu mövsümün sonu müqaviləsi başa çatacaq Kayl Larinlə razılığa gələ bilmədiklərini deyib.  Klub rəsmisi "Beşiktaş"da icarə əsasında çıxış edən Mişi Batşuayinin "Çelsi"yə, Miralem Pyaniçin "Barselona"ya qayıdacağını söyləyib.

C.Kacancı Aleks Teyşeyra ilə bağlı isə bu mövsümün sonu qərar verəcəklərini vurğulayıb.