"Sevilya”nın futbolçusu Luk de Yonq karyerasını Türkiyədə davam etdirə bilər.

Rekord.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə “Beşiktaş” yaxından maraqlanır.

Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə, Super Liqanın son qalibinin artıq de Yonqla danışıqlar apardığı bildirilib.

“Sevilya” ilə müqaviləsi 2023-cü ilin yayına qədər olan hücumçu ilə Niderlandın PSV klubu da yaxından maraqlanır.