Beş azərbaycanlı yelkənçi üçün dünya çempionatı
- 19:30
- 32
Azərbaycanın gənc yelkənçiləri Mərakeşin Tanjer şəhərində optimist sinfi üzrə dünya çempionatında iştirak edəcəklər.
Bu barədə Rekord.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Yarışda Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli mübarizə aparacaqlar.
Xatırladaq ki, yarış iyunun 18-28-i aralığında baş tutacaq.