"Real"ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizədən kənarlaşdırdıqları "Liverpul"la oyun haqda danışıb.

Rekord.az xəbər verir ki, o, bunları deyib: "Çox çətin oyun oldu. Lakin biz ilk dəqiqələrdən göstərdik ki, növbəti mərhələyə çıxmağı çox istəyirik. Növbəti rəqib? Məncə, kiminlə oynamağından asılı olmayaraq, çətinliklərin öhdəsindən gəlmək üçün cəhd göstərməlsən. Müasir futbolda nə qədər güc sərf etməyin elə də önəmli deyil. Önəmli olan o gücün düzgün sərf olunmasıdır. "Liverpul"la oyunda yüngül zədəm olduğu üçün meydançanı erkən tərk etdim. Lakin bazar günü "Barselona"ya qarşı oynaya biləcəm".