
"Benfika" məğlubiyyətsiz gedir
- 10 Mar 2023 20:31
- 437
Portuqaliyanın "Benfika" klubu üçün hazırkı gedişatı super adlandırmaq olar.
Rekord.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsində "Brügge"bi hər iki oyunda məğlub etməklə mübarizədən kənarlaşdıran Lissanon təmsilçisi məğlubiyyətsiz irəliləməkdə davam edir.
Roger Şmidtin rəhbərlik etdiyi komanda daha öncə təsnifat mərhələlərində 4 qələbə, qrup mərhələsində isə 4 qələbə və 2 bərabərliyə imza atmışdı.