“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XIX turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk dəqiqələrdən gərgin oyun getdi. Çox möhkəm komandaya qarşı oynadıq. Rəqibin iki hücumçusu müdafiə xəttimizə çox çətinlik yaratdı. Antalyadan birbaşa bura gəlmişik. Futbolçularda bir az yorğunluq var idi. Bəlkə də ən vacib üç xalımızı qazandıq. "Turan Tovuz"a uğurlar arzulayıram”.

Qurbanov qapıçı mövqeyi ilə bağlı axtarışların davam etdiyini bildirib: “Axtarış da gedir, danışıqlar da. Qarşıda bir neçə gün vaxtımız var. Məqsədimiz əlimizdə olan futbolçuların idman formasını yaxşılaşdırmaqdır. Futbolçularımın hər birinə güvənirəm”.