
Belarus mətbuatı Baqadan nə yazdı?
- 27 Apr 2022 14:19
- 484
Belarus mətbuatı Azərbaycanda çıxış edən belaruslu legionerlərdən yazıb.
Rekord.az xəbər verir ki, “football.by” portalı “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa və “Sabah”ın qapıçısı Aleksandr Neçayevin ölkəmizdəki fəaliyyətini dəyərləndirib. Belaruslu həmkarlarımızın yazdığından başa düşmək olar ki, onlar mövsüm sonunda liqanı heç bir klubun tərk etməyəcəyindən xəbərdar deyil. Belə ki, portal "Sumqayıt"ın Premyer Liqanı tərk etmək təhlükəsinin olduğunu qeyd edib:
"Aleksey Baqa Soliqorsk "Şaxtyor"u ilə çempion olduqdan sonra "Sumqayıt"ı çalışdırmağa başladı. Onunla birlikdə köməkçisi Valeri Tarasenko da Azərbaycana yollanıb. Hələ ki, belaruslu məşqçilərin işləri yaxşı getmir. “Sumqayıt” Baqanın rəhbərliyi altında 11 oyuna çıxıb. Komanda hələ bir dəfə də olsun qalib gələ bilməyib. Komandanı “düşmə zonası”ndan cəmi 1 xal ayırır. Hansı komandanın liqada qalacağı isə son turda “Səbail”lə matçda həll olunması da mümkündü.
“Sabah”da isə Aleksendr Neçayev çıxış edir. Necə oynayır? “Dinamo”(Brest), “Lida”, “Rux”un sabiq qapıçısı hələ ki, çempionatda bir oyunda belə oyuna çıxmayıb. Yalnız ölkə kubokunda əsas qapıçının qırmızı vərəqə almasından sonra meydana daxil olub. Hələ ki, onun 11 dəqiqəlik oyun təcrübəsi var. “Sabah” hazırda 4-cü pillədə qərarlaşıb və çətin ki, daha çoxuna iddia edə bilsin. Çünki ilk “üçlük”dən bu komandanı 7 xal ayırır". (sportal.az)