
Bəhram Bağırzadədən Rəşad Sadıqovla bağlı maraqlı FOTO
- 28 Mar 2022 11:00
- 561
"Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə şəxsi "instaqram" hesabında etdiyi paylaşımla diqqət çəkib.
Rekord.az xəbər verir ki, tanınmış aktyor Rəşad Sadıqovla şəklini izləyiciləri ilə bölüşüb.
Şəkil 20-22 il əvvələ aiddir və Tofiq Bəhramov adına Respublika stadionda çəkilib.
Həmin vaxt millinin kapitanı olan müdafiəçi ilə qaçış zolağında üz-üzə gələn Əməkdar artistin bu paylaşımı sosial şəbəkədə böyük maraqla qarşılanıb.
Bəhram Bağırzadə 2015-ci ilin yazında gəldiyi “Neftçi”nin Müşahidə Şurasından 2016-cı ilin noyabrında istefa verib. O, komandanın uğursuz çıxışına görə klubdan getdiyini bildirib, həmçinin azarkeşlərdən üzr istəyib:
“Özümü dərk etdiyim həyatım boyu “Neftçi”nin sadiq azarkeşi olmuşam. Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm.
Çalışırdım ki, “Nefçi”nin azarkeşlərini yenidən stadionlara qaytarmağa kömək edim. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu.
Çünki onlar üçün gözəl şərait yaradılmış futbolçular “Netçi”nin yüksək adına uyğun olmaq istəmirlər!
“Neftçi”nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm.
Öz adımdan bütün azarkeşlərə “Netçi”nin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm.
Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil!
Bu vəziyyətlə əlaqədar istefa verirəm və “Netçi”nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim”.