Bayraqdarımız "Rekord.az"la fikirlərini bölüşüb
- 14:31
- 33
VI İslam Oyunlarında Azərbaycan komandasının bayraqdarı məlum olub. "Rekord.az" xəbər verir ki, bu missiyanı qadın voleybolçulardan ibarət yığmamızın üzvü Nilufər Ağazadə və ağırlıqqaldıranımız Dadaş Dadaşbəyli yerinə yetirəcəklər.
İlk dəfə İslam Oyunlarında çıxış edən voleybolçumuz Nilufər Ağazadə saytımızla fikirlərini bölüşüb:
"VI İslam Oyunlarında Azərbaycan komandasının bayraqdarlarından biri də mənəm. Bu mötəbər vəzifənin mənə həvalə olunmasına görə çox şadam və çox qürurluyam. İslam Oyunlarında ilk dəfədir ki, çıxış edirəm və bu gün baş tutacaq açılış mərasimində bayrağımızı meydana mən çıxaracağam. Bu, mənim üçün məsuliyyətli və sevindiricidir. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. Bu məsuliyyəti, etimadı dərk edirəm. Bundan sonra da daha çox çalışıb oyunlarda komandamızın qələbələr qazanması üçün əlimdən gələni edəcəyəm. Voleybol yığmamız başda olmaqla, bütün idmançılarımıza uğurlar arzulayıram. İnşallah həm biz, həm də digər növlərdə çıxış edən idmançılarımız vətənə medallarla dönərik".