"ASCO Arena"nın ot örtüyü gələn mövsümədək dəyişdiriləcək.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında danışıb.

Milli assosiasiya rəsmisi bildirib ki, "Səbail" başqa stadion tapa bilsə, işlər sürətləndiriləcək. Bu halda da gələn mövsümədək "ASCO Arena" hazır olacaq.