
“Bayern”dən “Əl-Nəsr”ə
- 10:20
- 33
Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, sözügedən klub Almaniya çempionu "Bayern"in 29 yaşlı yarımmüdafiəçisi Kinqsli Komanla müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı yarımmüdafiəçi ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
"Əl-Nəsr"in Komanın transferi üçün 25 milyon avro ödəyib.
Daha öncə PSJ və “Yuventus”da oynamış Koman 2017-ci ildən “Bayern”də çıxış edirdi.