“Bayern”dən “Brügge”yə
- 17:00
- 33
Almaniyanın "Bayern" klubunun 17 yaşlı yarımmüdafiəçisi Uizdom Mayk Belçikanın "Brügge" komandasına transfer olunub.
Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
17 yaşlı vinger 2022-ci ilin yayında Münhenqladbax "Borussiya"sının akademiyasından bu komandaya qoşulub.
Qeyd edək ki, U.Mayk 2025/2026 mövsümündə Almaniya Bundesliqasında 4, Çempionlar Liqasında isə 1 matça çıxıb.