Almaniyanın “Bayern” komandası tarixində ilk dəfə doğma meydanda “Frayburq”a məğlub olub.

Rekord.az xəbər verir ki, bu, ölkə kubokunun 1/4 final mərhələsinin oyununa təsadüf edib.

1:2 hesablı məğlubiyyət Münhen təmsilçisinin baş məşqçisi Tomas Tuxelin yeni komandasındakı ikinci matçına təsadüf edib.

"Bayern" bu rəqibə qarşı evdə keçirdiyi əvvəlki 23 görüşdə 20 qələbə və 3 üç heç-heçə əldə edib.