“Bavariya”nın futbolçusu David Alabanın yeni ünvanı bəlli olub.

Rekord.az xəbər verir ki, avstriyalı müdafiəçi “Real”da çıxış edəcək.

Bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, Alabanın “kral klubu” ilə 4 illik razılığa gəldiyi bildirilir.

Alaba “Real”da həftəsinə 230 min avro qazanacaq. 28 yaşlı müdafiəçi mövsümün sonunda Madrid klubuna qoşulacaq.

Alaba 2010-cu ildən “Bavariya”nın uğurları üçün çalışır. Avstriya milli komandasının da üzvü olan futbolçu bu mövsüm Bundesliqada 15 oyuna çıxıb.