"Bavariya" rəhbərliyi qapıçılarla işləyən məşqçi Toni Topaloviçi komandadan qovub.

Rekord.az xəbər verir ki, buna səbəb onun baş məşqçi Yulian Naqelsmannla problem yaşaması olub.

Digər məlumata görə isə, Topaloviç komandada baş verənləri gizlin yolla Manuel Noyerə ötürürmüş ki, bu da Naqelsmannın xoşuna gəlməyib.