
"Bavariya" Naqelsmannı istefaya göndərir?
- 20 Sen 2022 12:22
- 440
"Bavariya"nın prezidenti Herbert Hayner klubun baş məşqçisi Yulian Naqelsmannın istefaya göndəriləcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib .
Rekord.az jurnalist Fabrizio Romanonun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, o deyib: “Biz Yulian Naqelsmanna və bütün komandamıza tam güvənirik. Beynəlxalq fasilədən sonra "Bavariya" həmişə olduğu kimi var gücü ilə işləməyə davam edəcək.
Qeyd edək ki, "Bavariya" Almaniya Bundesliqasının son 4 görüşünün heç birində qələbə qazana bilməyib.