“Bavariya” Robert Levandovskiyə yeni müqavilə təklif etməkdə tərəddüd edir.

Rekord.az xəbər verir ki, klub iki səbəbdən hücumçu ilə danışıqlara başlamayıb.

Birincisi, yayda Erlinq Holandı transfer etmək imkanıdır. Norveçlinin transferi 70-80 milyon avroya başa gələcək.

İkinci səbəb Levandovskinin maaşıdır. Robert "Bavariya"da illik 25 milyon avro qazanır ki, bu da digər oyunçulara nisbətdə çoxdur.

Klub koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədar pula qənaət etmək niyyətindədir.

Mətbuatda yayılan iddialarda vurğulanır ki, Levandovskinin xidmətində “Mançester Yunayted” maraqlıdır.