"Bavariya"nın idman direktoru Hasan Salihamidzic Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haalandı transfer edəcəkləri ilə bağlı iddialara münasibət bildirib.

Rekord.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bu məlumatların doğru olmadığını deyib:

"Komandamızda dünyanın ən yaxşı hücumçusu var. O, Robert Levandovskidir. Bu cür xəbərlərin mənası yoxdur”.

Qeyd edək ki, Haalandla "Real" da maraqlanır.