ABŞ-ın "Şarlott Hornets" komandasının basketbolçusu Montrezl Harrell 5 il müddətinə həbs edilə bilər.

Rekord.az ESPN-ə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu narkotik alverində ittiham olunur.

Polis onun avtomobilinə baxış keçirən zaman 1,3 kq-a yaxın marixuana aşkar edib. Harrell saxlanılıb və onun ilk məhkəməsi iyulun 13-də baş tutacaq.

Qeyd edək ki, Montrezl Harrell cari ilin əvvəlində "Şarlott Hornets"ə keçib.