Kişi basketbolçulardan ibarət Azərbaycan yığması dünya reytinqində beş pillə geriləyib.

Rekord.az Beynəlxalq Basketbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma komanda 66,7 xalla 118-ci sırada qərarlaşıb.

Milli komanda Avropa zonasında 45-cidir.

ABŞ millisi 786,6 xalla liderdir. 778,2 xala malik İspaniya ikinci yerdədir. Son dünya çempionu Almaniya isə üçüncü pilləyə (759,7 xal) yüksəlib.

Azərbaycan millisi 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.