Niderlandın “Emmen” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub Türkiyənin “Başakşəhər” komandasından Kərim Freyi heyətinə qatıb.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. “Emmen” 26 yaşlı cinah oyunçusunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Türkiyədə “Beşiktaş”, İngiltərədə “Fulhem”, “Kardiff Siti” və “Birmingem Siti” klublarında da forma geyinmiş Kərim Frey “Başakşəhər”də 2017-ci ildən çıxış edirdi. O, bu mövsüm İstanbul klubunda cəmi 6 oyuna çıxıb.

Niderland Erediviziyasında 20 turdan sonra 22 xala malik “Emmen” 12-ci pillədə qərarlaşıb.