"Qalatasaray"ın kapitanı Sofian Fequli Avropa Liqasının 1/8 final mərhələsinin "Barselona" ilə ilk görüşünü şərh edib.


Rekord.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan əlcəzairli futbolçu oyun barədə bunları deyib: "Meydanda futbolçular arasında anlaşma yüksək səviyyədə olmalı idi. "Barselona" ilə matçda bunu edə bilərdik. Öncə dincələcəyik. Daha sonra isə İstanbulda keçiriləcək cavab matçına hazırlaşacağıq. İnamımız yüksəkdi".

Xatırladaq ki, "Qalatasaray" Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyada "Barselona" ilə 0:0 hesabı ilə bərabərə qalıb.