
“Barselona”nın sponsoru da Rusiyanı tərk edir
- 09 Apr 2022 14:45
- 459
Məşhur “Spotify” audio striminq xidməti Rusiyada fəaliyyətini dayandırır.
Rekord.az xəbər verir ki, bu barədə xidmətin özü məlumat yayıb.
“Mövcud vəziyyəti diqqətlə nəzərdən keçirdikdən sonra aprelin 11-dən etibarən Rusiyada fəaliyyətimiz tamamilə dayandırmaq barədə qərar verdik", - məlumatda bildirilib.
Bu xidmət Rusiyanın musiqi bazarında böyük paya sahib idi. “Spotify” bu yaxınlarda “Barselona” ilə sponsorluq müqaviləsi imzalayıb.
Xidmət 4 il ərzində İspaniya nəhənginə, təxminən 275 milyon avro ödəyəcək. Perspektivdə tərəflər arasındakı müqavilənin daha 15 il müddətinə uzadılması da var.