“Barselona” Braziluyanın “Atletiko Paranaense” klubunun yetirməsi olan 17 yaşlı hücumçu Vitor Roke ilə yaxından maraqlanır.

Rekord.az xəbər verir ki, Braziliya mətbuatında artıq tərəflər arasında danışıqların getdiyi də iddia olunur.

Lakin yayılan başqa bir məlumata görə, futbolçu özü "Barselona"dan daha çox "Real"da oynamaq istəyir. Çox maraqlıdır ki, bu söhbət çıxandan sonra "Real"ın da Roke uğurunda mübarizəyə qoşulduğuna dair məlumatlar yayılıb.