
"Barselona"nın futbolçusu qəza keçirdi
- 15 Noy 2022 13:44
- 352
"Barselona"nın və İspaniya millisinin hücumçusu Ansu Fati qəza keçirib.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, avtomobil idarə edən zaman motosikletçi ilə toqquşub.
Qəza zamanı motosikletçi ağır xəsarət alıb Gənc hücumçu zədənin ciddiliyini anlamaq üçün zərərçəkmişlə birlikdə xəstəxanaya gedib. Qəza nəticəsində futbolçunun heç bir xəsarət almadığı bildirilir.