İngiltərənin “Vulverhempton” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, “canavarlar” Ekvador “Barselona”sından Leandro Kampananı heyətinə qatıb. 

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçuyla 3,5 illik müqavilə imzalanıb.

“Barselona”nın yetirməsi olan Kampana, bu mövsüm Ekvador çempionatında 15 oyunda 3 qol vurub. Hücumçu bu ölkənin milli komandasının da üzvüdü.