“Barselona”dan müdafiəçisi ilə yeni müqavilə
- 16:41
- 29
Müdafiəçi Erik Qarsiya “Barselona” ilə yeni, uzunmüddətli müqavilə imzalayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun La Liqa çempionu ilə yeni müqaviləsi 2031-ci ilin ortalarına qədər nəzərdə tutulub.
Qarsiya 2021-ci ilin iyulundan Kataloniya klubundadır. Onun transfer dəyəri 25 milyon avrodur.
Müdafiəçi bu mövsüm İspaniya çempionatında 15 matçda meydana çıxıb və 1 qol vurub. Hans-Diter Flikin komandası La Liqada 15 matçdan sonra 37 xalla turnir cədvəlinə başçılıq edir.