
“Barselona”dan ayrılan futbolçu Messinin komandasında
- 24 İyn 2023 12:40
- 316
ABŞ-ın "İnter Mayami" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az MLS təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, İspaniya "Barselona"sından ayrılan Serxio Busketsin keçidi rəsmiləşib.
O, azad agent kimi ABŞ klubuna transfer olunub.
2008-ci ildən Kataloniya təmsilçisinin əsas komandasında olan Serxio Buskets ötən mövsüm La Liqada 30 oyuna çıxıb və dörd məhsuldar ötürmə ilə yadda qalıb. "İnter Mayami" daha əvvəl Lionel Messini də heyətinə qatıb.