
"Barselona"da qalmaq istəyir
- 06 Apr 2022 20:00
- 420
Ronald Arauxo “Barselona”da qalmaq istəyir.
Rekord.az xəbər verir ki, “Barselona”nın müdafiəçisi Arauxo klubda qalmaq istədiyini söyləyib.
O, agentinin gələn il başa çatacaq müqavilənin uzadılması üzərində işlədiyini bildirib:
“Burada olmaqdan çox şadam. Artıq müqaviləni yeniləmək üzərində işləyirik və bu həftə rəhbərliklə görüşəcəyik. Ümid edirəm ki, yaxın vaxtlarda müsbət qərar veriləcək. Çünki burada qalmaq istəyirəm”.
Uruqvaylı müdafiəçi 2019-cu ildən Kataloniya klubunun əsas komandasında çıxış edir.