
“Barselona”da daha bir futbolçu koronavirusa yoluxub
- 29 Apr 2022 17:15
- 481
İspaniyanın “Barselona” klubunun daha bir futbolçusu koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, Martin Breytveytin də COVİD-19 testi pozitiv çıxıb.
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. 31 yaşlı danimarkalı hücumçunun səhhətinin yaxşı olduğu bildirilib.
Ötən gün "Barselona"da Oskar Mingesada da koronavirus aşkarlandığı açıqlanmışdı.