İspaniyanın "Barselona" klubunun futbolçusu Dani Olmo üç həftə yaşıl meydanlardan kənarda qalacaq.


Rekord.az Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin "Atletiko"ya qarşı La Liqanın XIX turunun oyununda zədələnməsi səbəb olub.


66-cı dəqiqədə əvəzlənən oyunçu çiynindən xəsarət alıb.


Olmo cari mövsüm "Barselona" forması ilə 17 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


"Barselona" "Atletiko"nu 3:1 hesabı ilə üstələyib.