"Barselona" daha bir transferə hazırlaşır.

Rekord.az "Sport1"-ə istinadla xəbər verir ki, söhbət "Ayntraxt"ın müdafiəçisi Evan Ndikadan gedir.

23 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi yayda başa çatır. "Barselona" da məhz yayda onu heyətinə qatmaq istəyir və futbolçuya bununla bağlı təklif göndərilib. Futbolçu isə təklifi qəbul edib.