
"Barselona" uruqvaylı ilə razılaşdı
- 22 Apr 2022 17:15
- 458
"Barselona" futbolçusu Ronald Arauxo ilə yeni müqavilə imzalayacaq.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı müdafiəçi ilə razılığa gəlib. Bu barədə italyan jurnalist Nikolo Skira tvitter hesabında məlumat yayıb.
Uruqvaylı futbolçu ilə müqavilənin müddəti 2026-cı ilin yayına qədər olacaq.
Bu mövsüm 37 oyuna çıxan Arauxonun hazırkı sözləşməsi 2023-cü il iyunun 30-da bitir.