"Barselona" "Mançester Siti"nin futbolçusu Joao Kanselonu transfer etmək üçün çox çalışsa da, bu, baş verməyib.

Rekord.az xəbər verir ki, müdafiəçi böyük ehtimalla "Bavariya"ya keçəcək.

Baxmayaraq ki, Kataloniya klubu Kanselonun Münxenə getməməsi üçün çox cəhdlər etdi. Lakin yazılanlara görə, "Bavariya"nın baş məşqçisi Julian Naqelsmann futbolçunu inandırıb öz yanına aparmağa razı salıb.