Futbol üzrə İspaniya yığmasının yarımmüdafiəçisi Serxio Buskets “Barselona” rəhbərliyinin təklif etdiyi yeni müqaviləni imzalamaqdan imtina edib.

Rekord.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi təcrübəli oyunçu ilə 2024-cü ilin yayına qədər yeni sözləşmə imzalamaq istəyirdi. Busketsin “Barselona” ilə mövcud müqaviləsinin müddəti 2023-cü ilin yayında bitəcək.