
"Barselona" Gündoğanın transferini rəsmən açıqladı
- 26 İyn 2023 14:20
- 347
İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hazırkı ölkə çempionu son olaraq İngiltərə "Mançester Siti"sində çıxış etmiş İlkay Gündoğanın keçidini rəsmiləşdirib.
Türk əsilli almaniyalı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, 2016-ci ildən "şəhərlilər"in formasını geyinən 32 yaşlı yarımmüdafiəçi 5 dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.