
"Barselona" "Ayntraxt"la oyuna itki ilə çıxacaq
- 07 Apr 2022 14:42
- 471
“Barselona”nın hücumçusu Memfis Depay zədələnib.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, niderlandlı hücumçunun diz əzələsi burxulub.
O, Avropa Liqasında “Ayntraxt”la (Frankfurt) keçiriləcək oyun üçün heyətə daxil edilməyib. Futbolçunun nə vaxt sıraya dönəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, sabah keçiriləcək “Ayntraxt” – “Barselona” matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.