"Barselona" klubdan ayrılan Lionel Messinin forma nömrəsini əbədiləşdirməyəcək.

Rekord.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Kataloniya klubu La Liqadakı qaydalar səbəbindən belə bir addım ata bilməyəcək. Əsasnaməyə görə, çempionatda iştirak edən komandalar 1-dən 25-dək rəqəmlərdə forma nömrələri ilə oynayan futbolçuların siyahısını quruma təqdim etməyə borcludur.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-u başa çatıb. Klub avqustun 5-i onunla yeni müqavilə imzalamayacağını açıqlayıb.